
Çin Xalq Respublikasının sədri Si Cinpin Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Şurasının sədri Antonio Kostanı qəbul edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, görüş Pekində baş tutub.
“Çin və Avropa İttifaqının liderləri qlobal dəyişikliklər kontekstində uzaqgörənlik nümayiş etdirməli və düzgün strateji qərarlar qəbul etməlidirlər”, - deyə Si Cinpin bildirib.