Rusiyada “Baza” “Telegram” kanalının baş redaktoru həbs edildi


Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi bir qrup şəxs tərəfindən qabaqcadan razılaşma yolu ilə rüşvət verməkdə təqsirləndirilən “Baza” “Telegram” kanalının baş redaktoru Qleb Trifonov barəsində 1 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Məhkəmə müstəntiqin vəsatətini təmin edib və Qleb Trifonov barəsində 1 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib”, - məhkəmə qərarında deyilir.
Digər tərəfdən, Trifonovun vəkili Aleksey Mixalçik bildirib ki, o əvvəlcə “Kapotnya” istintaq təcridxanasına, oradan isə “Matrosskaya Tişina” istintaq təcridxanasına göndəriləcək.
Qeyd edək ki, Trifinov və onun həmkarı rüşvət almaqda ittiham olunduqları üçün ötən gecə Moskvada saxlanılıblar.

DİGƏR XƏBƏRLƏR

Top