
Avropa Ittifaqı (Aİ) Şurası 18-ci anti-Rusiya sanksiyalar paketini təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Aİ Şurasının Danimarka sədrliyi 10-cu sessiyada bildirib.
Sənəd indi Aİ-nin rəsmi jurnalında dərc olunacaq və bundan sonra sanksiyalar qüvvəyə minəcək.
Paketə fiziki və hüquqi şəxslərin qara siyahısının genişləndirilməsi, neftin qiymətinin bir barel üçün tavanının 47,60 dollara endirilməsi, “Şimal axını”na qarşı sanksiyalar, Rusiya neftini daşıyan 105 tankerin “qara siyahı”ya salınması, bank sektoruna məhdudiyyətlər, ikili təyinatlı mal və texnologiyaların ixracına məhdudiyyətlər daxildir.