
“ASAN TV” və “ASAN Radio”nun baş redaktoru Elvin Dəmirli vəzifəsindən ayrıldığını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, öz “Facebook” hesabında paylaşım edib.
Dəmirli paylaşımında qeyd edib ki, karyerasını başqa istiqamətdə davam etdirməyi planlaşdırır.
Qeyd edək ki, Elvin Dəmirli 2023-cü ilin may ayında hər iki media qurumuna baş redaktor təyin olunub.