UEFA ölkə reytinqlərinə açıqlayıb


Bu həftə UEFA-nın ölkə reytinqinə daha 0,125 əmsal əlavə olunub.
Yeniavaz.com
xəbər verir ki, bu nəticə Avropa Liqasının I təsnifat mərhələsində keçirilən "Sele" (Sloveniya) – "Sabah" (Azərbaycan) qarşılaşmasının nəticəsi ilə bağlıdır. 3:3 hesabı ilə başa çatan oyuna görə "Sabah" klubu ölkə üçün 0,125 əmsal qazandırıb.
Hazırda Azərbaycanın ümumi əmsalı 17.250-dir və bu göstərici ilə ölkəmiz 29-cu sırada qərar tutur. Reytinqdə bizdən bir pillə yuxarıda 17.975 əmsalla Ukrayna, bir pillə aşağıda isə 16.500 əmsalla Bolqarıstan mövqe tutur.
Qeyd edək ki, UEFA ölkə reytinqinə hazırda 94.839 əmsalla İngiltərə liderlik edir.

DİGƏR XƏBƏRLƏR

Top