Rusiya XİN-dən Yaponiyaya etiraz


Rusiya Xarici İşlər Nazirliyi (XİN) Yaponiyanın Moskvadakı səfirliyinə Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin ABŞ-nin “Resolute Force Pacific” adlı genişmiqyaslı hərbi təlimlərində iştirakı ilə bağlı kəskin etiraz edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Rusiya silahlı münaqişəyə hazırlığın bütün əlamətlərini özündə əks etdirən belə məsuliyyətsiz fəaliyyəti qəbuledilməz hesab edir. Bu, Rusiyanın təhlükəsizliyinə potensial təhdiddir və qaçılmaz olaraq adekvat cavab tədbirləri görəcək”, - Rusiya Xarici İşlər Nazirliyi qeyd edib.
Qeyd edək ki. təlimlər iyulun 9-dan avqustun 4-dək, o cümlədən Rusiyanın Uzaq Şərq sərhədlərinə yaxın ərazidə yerləşən hərbi təlim bazalarında keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top