Modriç “Milan”la rəsmi müqavilə imzaladı


“Real Madrid” klubunun və Xorvatiya millisinin yarımüdafiəşisi Luka Modriç rəsmi olaraq “Milan”a keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Milan”ın mətbuat xidməti məlumat yayıb.
Digər tərəfdən, xorvatiyalı veteranın gələn mövsüm “Milan”da 14 nömrə ilə çıxış edəcəyi məlium olub.
Bu barədə jurnalist Naninyo “La Gazzetta dello Sport”a istinadla məlumat yayıb
Mənbənin məlumatına görə, o, italiya klubu ilə2026-cı ilə qədər bir mövsüm uzadılmaq ehtimalı ilə müqaviləsi imzalayıb.
40 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Luka Modriç “Real Madrid”də 13 ilə yaxın çıxış edib. O, 597 matçda 49 qol vurub və 95 məhsuldar ötürmə edib. Modriç 28 kubokla "Kral klubu" tarixinin ən titullu futbolçusu olub. 
Modriçin Madrid klubu ilə son matçı komandanın böyük məğlubiyyətə uğradığı Klublararası Dünya Çempionatında PSJ ilə yarımfinal olub.
Xatırladaq ki, daha əvvəl mətbuatda Modriçin “Milan”da maaşının 3-3,5 milyon avro ola biləcəyi barədə məlumatlar yayılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top