
ABŞ Ermənistan və Azərbaycan arasında planlaşdırılan nəqliyyat dəhlizinə (Zəngəzur dəhlizi) nəzarəti öz üzərinə götürməyi təklif edib.
Yeniavaz.com "Middle East Eye" portalına istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barak Nyu-Yorkda keçirilən brifinq zamanı jurnalistlərə bildirib.
ABŞ səfiri bu təklifi iki Qafqaz ölkəsi arasında diplomatik danışıqları inkişaf etdirmək məqsədilə irəli sürdüklərini qeyd edib.
Onun sözlərinə görə, ABŞ 32 kilometrlik Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət etməyi təklif edib.
Beləliklə, ABŞ səfiri hər iki tərəfin bu dəhlizdən istifadə edə biləcəyini qeyd edib.
Qeyd edək ki, Tom Barakın bu bəyanatı Tramp administrasiyasının dəhlizə nəzarət təklifini rəsmi şəkildə təsdiqləyən ilk bəyanatdır.