
İngiltərənin “Çelsi” klubu FİFA Klublararası Dünya Çempionatından sonra 115,625 milyon dollar pul mükafatı qazanıb.
Yeniavaz.com xəbər verir ki, turnirin finalında “Çelsi” Fransanın PSJ klubunu 3:0 hesabı ilə məğlub edib.
2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatının ümumi mükafat fondu 1 milyard dollar təşkil edib.
Qrup mərhələsindəki hər qələbəyə görə klub 2 milyon dollar, heç-heçəyə görə isə 1 milyon dollar alıb. “Çelsi” iki görüşdə qalib gəlib, birində isə məğlub olub.
1/8 finalın iştirakçıları əlavə 7,5 milyon dollar, 1/4 finalçılar isə 13,125 milyon dollar qazanıblar. Yarımfinalçılar 21 milyon dollar, finalçılar əlavə 30 milyon dollar, qalib isə 40 milyon dollar mükafat alıb. PSJ-nin payına isə 75,625 milyon dollar düşüb.
2025-ci il Klublararası Dünya Çempionatı ilk dəfə olaraq yeni formatda keçirilib. Turnirdə 32 komanda iştirak edib.