“Barselona” “Kopenhagen”dən 19 yaşlı futbolçunu aldı


İspaniya çempionu “Barselona” Danimarkanın “Kopenhagen” klubundan 19 yaşlı isveçli vinger Runi Bardjini 4 illik müqavilə ilə transfer etdiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesabında məlumat dərc olunub.
“Transfermarkt” portalının məlumatına görə, Küveyt əsilli futbolçunun transfer qiyməti 2 milyon avro olub.
Onun transfer dəyəri 7,5 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Runi Bardji “Kopenhagen”in əsas komandasında 84 oyun keçirib, 15 qol vurub.

DİGƏR XƏBƏRLƏR

Top