Rusiya DİN Dmitri Bıkovu axtarışa verdi


Rusiya Daxili İşlər Nazirliyi yazıçı Dmitri Bıkovu axtarışa verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qurumun rəsmi saytındakı “axtarışda olanlar” bölməsində qeyd olunub.
Bildirilir ki, Bıkov Dmitri Lvoviç Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışa verilib.
Axtarışın hansı maddəyə əsasən elan olunduğu açıqlanmayıb.
Qeyd edək ki, bu ilin yazında Rusiya İstintaq Komitəsi Bıkova qarşı Rusiya Silahlı Qüvvələri haqqında saxta məlumatların yayılması ittihamı ilə cinayət işi açıb. Bildirilir ki, o, videohostinq saytlarından birində Rusiya Silahlı Qüvvələrinin Ukraynanın mülki əhalisinə qarşı hərəkətləri barədə bilərəkdən yalan məlumatların yer aldığı videonu açıq şəkildə yerləşdirib. Bundan əlavə, yazıçı xarici agentlər haqqında qanunun tələblərini pozaraq, qanunla təqdim edilməsi tələb olunan məlumatları səlahiyyətli orqana təqdim etməyib.

DİGƏR XƏBƏRLƏR

Top