İranda İsrailin zərbələri nəticəsində ölənlərin sayı artdı


İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1062 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bunu dövlət televiziyasında İran İslam Respublikasının Şəhidlər və Qazilər Fondunun sədri Səid Ohadi deyib.
“Bu gün biz 1062 nəfəri dəfn etmişik. İsrailin cinayətləri nəticəsində daha 5800 nəfər yaralanıb, onlardan 100-ə yaxını hələ də xəstəxanadadır, 34 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir”, - Ohadi bildirib.
Qeyd edək ki, daha əvvəl İslam Respublikasında gedən döyüşlər zamanı 1060 nəfərin öldüyü, 5000-dən çox insanın yaralandığı bildirilirdi.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb, bir gün keçməmiş İslam Respublikası cavab hücumuna başlayıb. Birləşmiş Ştatlar münaqişənin gərginləşməsindən doqquz gün sonra müdaxilə edib və iyunun 22-nə keçən gecə Amerika qüvvələri tərəfindən İranın üç nüvə obyektinə hücum olub. İyunun 23-ü axşam saatlarında Tehran Amerikanın Yaxın Şərqdəki ən böyük aviabazasına raket zərbəsi endirib. Daha sonra ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsə razılaşdığını açıqlayıb. Atəşkəs iyunun 24-dən qüvvəyə minib.

DİGƏR XƏBƏRLƏR

Top