
Qazax və Samux rayonlarının qaz təchizatında fasilə yaranacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” və “Qazax-Saquramo” yüksək təzyiqli magistral qaz kəmərlərində aparılacaq yenidənqurma və təmir işləri ilə bağlı 14 iyul 2025-ci il tarixindən etibarən 18 iyul 2025-ci il tarixində işlər başa çatanadək “Şıxlı” və “Yuxarı Salahlı” ölçü qovşaqlarından, 15 iyul 2025-ci il tarixindən etibarən 17 iyul 2025-ci il tarixində işlər başa çatanadək “Ağasıbəyli” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
“Təmir işləri ilə bağlı Qazax rayonunun Qaymaqlı, 1-ci Şıxlı, 2-ci Şıxlı, Kəmərli, Aslanbəyli və Yuxarı Salahlı kəndlərinin (5 gün müddətində), Samux rayonunun Yuxarı Ağasıbəyli, Aşağı Ağasıbəyli, Əhmədbəyli və Sarıqaya kəndlərinin (3 üç gün müddətində) qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır”, - məlumatda deyilir.