İsrail 24 saat ərzində Qəzzada 150 hədəfə zərbə endirib


İsrail Hərbi Hava Qüvvələri bütün gün ərzində Qəzza zolağına zərbələr endirməyə davam edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ümumilikdə radikal hərbi birləşmələri ilə əlaqəli 150-dən çox hədəfə hücum edilib:
“Vurulan hədəflər arasında minalanmış strukturlar, silah anbarları, tank əleyhinə və snayper atəşi mövqeləri, digər hərbi infrastruktur obyektləri, eləcə də ayrı-ayrı silahlı radikallar olub.
Quru bölmələri gün ərzində anklavın şimalındakı Beyt Hanun şəhəri ərazisində aktiv döyüşlər aparıb, burada radikalları və onların hərbi infrastrukturunu məhv ediblər. Döyüşlər zolağın cənubundakı Xan Yunis şəhəri yaxınlığında da aparılıb”.

DİGƏR XƏBƏRLƏR

Top