Mask Trampdan “Epşteyn işinin” məxfilikdən çıxarılmasını tələb edir


İlon Mask ABŞ Prezidenti Donald Trampı maliyyəçi Cefri Epşteynin işi ilə bağlı materialları açıqlamağa çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İlon Mask sosial şəbəkə hesabında yazıb.
“Tramp Epşteyn haqqında danışmağı dayandırmağa çağırdı. Bu zaman o bir neçə dəfə “Epşteyn” deyib. Sadəcə olaraq, söz verdiyiniz ki, materialları açıqlayın”, - Mask yazıb.
Qeyd edək ki, Mask ilk dəfə deyil ki, bu işlə bağlı məlumatın açıqlanmasını tələb edir. O, Ağ Ev “Epşteyn işi” ilə bağlı materialları açıqlamasa, ABŞ prezidentinə etibar edilə biləcəyinə şübhə edib.
Xatırladaq ki, Mask daha əvvəl “Epsteyn işi” ilə bağlı sənədlərin hələ də ictimaiyyətə açıqlanmamasının səbəbini burada Donald Trampın adının hallanması ilə izah etmişdi.
Qeyd edək ki, Cefri Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Prokurorlar onun Manhettendəki evinə 2002-2005-ci illərdə ən kiçiyi 14 yaşında olan onlarla azyaşlı qız üçün məşhurların və zənginlərin səfərlər təşkil etdiyinə dair sübutların olduğunu bildiriblər. Epşteynin qonaqları arasında təkcə ABŞ-də deyil, həm də bir çox başqa ölkələrdə çoxlu sayda hazırkı və təqaüddə olan məmurlar, o cümlədən keçmiş dövlət başçıları, iri sahibkarlar və şou-biznes ulduzları olub. Epşteynin cinayət təqibi 2019-cu il avqustun 10-da həbsxana kamerasında intihar etdikdən sonra dayandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top