Tramp Klublararası Dünya Çempionatının finalında iştirak edəcək – FİFA


ABŞ Prezidenti Donald Tramp FIFA Klublararası Dünya Çempionatının finalında iştirak edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) rəhbəri Canni İnfantino məlumat verib. Onun sözlərini “X” sosial media şəbəkəsində jurnalist Ben Ceykobs sitat gətirib.
Finalda İngiltərənin “Çelsi” klubu Fransanın PSJ klubu ilə qarşılaşacaq. Qarşılaşma iyulun 13-də baş tutacaq. Start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Qeyd edək ki, FIFA Klublararası Dünya Çempionatı altı qitə konfederasiyasının ən güclü təmsilçiləri arasında keçirilən yarışdır. Turnir Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) himayəsi altında keçirilir. İlk FIFA Klublararası Dünya Çempionatı 2000-ci ilin yanvarında Braziliyada keçirilib. O, hər il Yokohamada (Yaponiya) UEFA Çempionlar Liqasının qalibi ilə Libertadores Kubokunun qalibi arasında keçirilən Qitələrarası Kubokun davamçısı kimi FIFA tərəfindən tanınıb.

DİGƏR XƏBƏRLƏR

Top