
Sudanın keçmiş prezidenti Ömər Əl-Bəşir tərəfindən Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğana hədiyyə edilən “Sultan” və “Nil” adlı şirlərdən dünyaya gələn üç balaya ad axtarılır.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, artıq ay yarımlıq olan balaların adları sosial mediada keçiriləcək sorğu ilə müəyyənləşəcək.
Daha sonra şirlər üçün “Şir Adası” adlı yeni bir yaşayış sahəsi qurulacaq. Tamaşaçılar şüşə ilə örtülmüş bu sahədə şirlərə təhlükəsiz tamaşa edə biləcəklər.
Qeyd edək ki, 2018-ci ildə Ərdoğan tərəfindən ad verilən “Sultan” və “Nil” və balaları hazırda Qaziantep Vəhşi Təbiət Parkındadır.


