Tramp Aİ-yə 30% rüsum tətbiq etdi


ABŞ Prezidenti Donald Tramp avqustun 1-dən Avropa İttifaqından ABŞ-yə idxal edilən mallara 30% rüsum tətbiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkə hesabında Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə yazdığı məktubda bəyan edib.  
“1 avqust 2025-ci il tarixindən etibarən Avropa İttifaqından ABŞ-yə idxal edilən mallara sektor tariflərindən ayrı olaraq 30 faiz tarif tətbiq edəcəyik”, - Ağ Ev sahibi məktubda bildirib.
Amerika lideri müvafiq məktubu Meksika Prezidenti Klaudiya Şeynbauma da göndərib və eyni rüsumun Meksikadan idxal olunan mallara da tətbiq olunacağını qeyd edib.  
Amerika prezidentinin dediyi kimi, Aİ və Meksika öz məhsullarını ABŞ-də istehsal etməyə başlasa, rüsumlar ləğv ediləcək. Eyni zamanda, o qeyd edib ki, əks tədbirlərin görüləcəyi təqdirdə, Avropa İttifaqı və Meksika hakimiyyətinin Amerika məhsullarına tarifləri artırmaq qərarına gəldiyi məbləğ Vaşinqtonun almaq niyyətində olduğu 30 faizlik rüsumlara əlavə olunacaq.
Qeyd edək ki, aprelin 2-də Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib. 10%-lik universal tariflər aprelin 5-də, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minib. Elə həmin gün ABŞ Prezidenti bəzi rüsumların 90 günlük dayandırıldığını elan edib ki, bu da Ağ Evin izah etdiyi kimi, ticarət məsləhətləşmələri ilə bağlıdır. Bu dövr üçün 10% universal tarif müəyyən edilib.

DİGƏR XƏBƏRLƏR

Top