Aİ əhalisi bir ildə bir milyon artdı


2025-ci il yanvarın 1-nə Avropa İttifaqının (Aİ) əhalisi 450,4 milyon nəfər olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Eurostat”ın rəsmi saytında dərc olunmuş hesabatında məlumat verilib.
Məlumata görə, il ərzində bu rəqəm 1,07 milyon artıb. 2021-ci ildə COVID-19 pandemiyası ilə bağlı meydana gələn azalmadan sonra artıq dördüncü ildir ki, Aİ-də artım qeydə alınmağa başyıb.
Mütəxəssislər mövcud artımı miqrasiyanın artması ilə izah edirlər.
Uzunmüddətli perspektivdə, 1960-cı ildən bəri Aİ əhalisi demək olar ki, 96 milyon nəfər artıb.
Aİ ölkələri arasında Almaniya hələ də 83,6 milyon əhali ilə ən böyük əhaliyə malikdir. Ondan sonra Fransa (təxminən 67 milyon) və İtaliya (təxminən 59 milyon) gəlir. Bu üç ölkə birlikdə Aİ əhalisinin demək olar ki, yarısını təşkil edir.
Ən yüksək illik artım Malta,  İrlandiya və Lüksemburqda qeydə alınıb. Eyni zamanda, Latviya, Macarıstan və Estoniyada sayların azalması müşahidə olunub.

DİGƏR XƏBƏRLƏR

Top