
“ABŞ-dən Ukraynaya silah tədarükü bərpa edilib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.
“Ən yüksək səviyyədə siyasi siqnallarımız var - xüsusilə Amerika Birləşmiş Ştatlarından, avropalı dostlarımızdan yaxşı siqnallar. Bütün məlumatlara görə, tədarüklər bərpa edilib”, - Zelenski bildirib.
O əlavə edib ki, yeni Avropa müdafiə paketləri hazırlanır.