
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyul ayının pensiyaları ödənilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında da bu ayın pensiya ödənişi həyata keçirilib.
“Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin iyul ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək”, - məlumatda deyilir.