Asensio “Fənərbağça”ya keçir


Türkiyənin “Fənərbağça” və Fransanın “PSJ" klubları ispaniyalı futbolçu Marko Asensionun transferi üçün razılığa gəlib.
Yeniavaz.com
insayder Yağız Sabuncuoğluya istinadla xəbər verir ki, “Fənərbağça” 29 yaşlı yarımmüdafiəçiyə illik 9 milyon avro təklif edib.
Artıq futbolçu ilə müqavilə ilə bağlı danışıqlar başlayıb.
Qeyd edək ki, ispaniyalı futbolçu ötən mövsümün ilk yarısını “PSJ”də, ikinci yarısını isə icarə əsasında “Aston Villa”da keçirib. Marko Asensio bu müddət ərzində 37 matçda iştirak edib. O, bu matçlarda 10 qol vurub, 5 məhsuldar ötürmə edib.

DİGƏR XƏBƏRLƏR

Top