Ərdoğanın baş müşaviri vəfat etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri və Prezident yanında İqtisadi Siyasət Şurasının üzvü Yiğit Bulut vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “NTV” telekanalı məlumat yayıb.
Məlumata görə, bir müddətdir İstanbulda özəl xəstəxanalardan birində xərçəng xəstəliyindən müalicə alan Yiğit Bulut 53 yaşında dünyasını dəyişib.
Telekanalın məlumatına görə, son vaxtlar onun səhhətində ciddi ağırlaşma qeydə alınıb.
Qeyd edək ki, Yiğit Bulut 2013-cü ilin iyulunda nazirlər kabinetinin baş müşaviri təyin olunub. 2014-cü ilin avqustunda isə Prezidentin baş müşaviri vəzifəsinə gətirilib. Türkiyənin tanınmış jurnalistlərindən və iqtisadiyyat şərhçilərindən biri hesab olunan Bulut media karyerasında müxtəlif televiziya və qəzetlərdə fəaliyyət göstərib.

DİGƏR XƏBƏRLƏR

Top