
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Fələstinin HƏMAS qruplaşmasının bölmələrinə qarşı döyüş əməliyyatları zamanı daha bir hərbçisini itirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə IDF-nin mətbuat xidməti məlumat yayıb.
Onun məlumatına görə, Qəzza zolağının cənubundakı Xan Yunisdə baş verən partlayış nəticəsində “Qolani” Briqadasının kəşfiyyat bölməsinin komanda rəhbəri, 21 yaşlı kapitan Rey Biran həlak olub.
Bu məlumatları nəzərə alsaq, Yaxın Şərqdəki münaqişənin yeni raundu zamanı həlak olan İsrail hərbçilərinin sayı artıq 890-a çatıb.