
Avropa Parlamenti (AP) Strasburqda keçirilən plenar iclasda Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenə etimadsızlıqla bağlı qətnaməni rədd edib.
Yeniavaz.com xəbər verir ki, iclas AP-nin rəsmi saytında canlı yayımlanıb.
AP-nin spikeri Roberta Metsola qətnamənin rədd edildiyini qeyd edib.
O xatırladıb ki, qətnamənin qəbul edilməsi üçün Avropa Parlamentinin deputatlarının üçdə ikisindən çoxunun dəstəyi tələb edildiyi üçün qətnamə qəbul olunmayıb.
Belə ki, 553 deputatdan 360-ı qətnamənin əleyhinə, 175 deputat isə lehinə səs verib. Daha 18 deputat isə bitərəf qalıb.