Tramp bu ölkəyə 50% rüsum tətbiq etdi


ABŞ avqustun 1-dən Braziliyadan idxal olunan mallara 50% gömrük rüsumunun tətbiq edilməsinə qərar verib.
Yeniavaz.com
xəbər verir ki, bunu Amerika administrasiyasının rəhbəri Donald Tramp sosial şəbəkə səhifəsində elan edib.
Belə ki, o, sosial şəbəkə səhifəsində 50%-lik gömrük rüsumunu da əhatə edən Braziliya Prezidenti Luis İnasiu Lula da Silvaya ünvanlanmış mesajın mətnini dərc edib.
“Əgər Braziliya cavab rüsumları tətbiq etmək qərarına gəlsə, ABŞ Braziliya ilə bağlı tarif dərəcəsini onun təyin etmək qərarına gəldiyi məbləğ qədər artıracaq”, - deyə Tramp xəbərdarlıq edib.
Bundan əlavə, Tramp ticarət danışıqlarındakı Amerika nümayəndəsi Ceymison Qririn dərhal Braziliyanın ABŞ ilə ikitərəfli ticarətlə bağlı araşdırmaya başlayacağını bildirib. O, araşdırma başa çatdıqdan sonra Braziliyanın Amerika idxal rüsumlarında əlavə artımla üzləşəcəyini də istisna etməyib.

DİGƏR XƏBƏRLƏR

Top