
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Prezidentin Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun vəzifəsindən azad edilib.
Yeniavaz.com xəbər verir ki, qərar “Resmi gazete”də dərc olunub.
Qərara əsasən, Fahrettin Altun Türkiyə İnsan Haqları və Bərabərlik Təşkilatının sədri təyin edilib.
Altundan boşalan Prezidentin Kommunikasiya İdarəsinin rəhbəri postuna Xarici İşlər nazirinin müavini Burhanettin Duran təyin olunub.