
Mixail Boqdanov Rusiya xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin rəsmi hüquqi informasiya portalında dərc olunmuş müvafiq fərmanlarında deyilir.
“Mixail Leonidoviç Boqdanov Rusiya Federasiyası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilsin. Bu fərman imzalandığı gündən qüvvəyə mini”, - sənəddə deyilir.
Bundan əlavə, daha bir fərman dərc edilib, ona əsasən, Boqdanov Rusiya Federasiyası Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi vəzifəsindən azad edilib.