
Gəncədə sabahdan başlayaraq qazın verilişində müvəqqəti fasilə yaranacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, Gəncə şəhərinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz tənzimləyici və bağlayıcı qurğular quraşdırılmaqla yüksəktəzyiqli kollektorun yenidən qurulması ilə bağlı sabah saat 09:00-dan etibarən (iki gün müddətində) iyulun 9-u işlər başa çatanadək “Gəncə 1 və 2” ölçü qovşağından və “Bağmanlar” əhali orta təzyiqli qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır: “Təmir işləri aparılan müddətdə Gəncə şəhərinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra isə bərpası nəzərdə tutulur”.