Tramp BRİKS-i dəstəkləyən ölkələrə əlavə rüsum tətbiq edəcək


ABŞ BRİKS siyasətini dəstəkləyən dövlətlərə qarşı 10% əlavə ticarət tarifləri tətbiq edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Amerika Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında bildirib.
O, bu məsələdə istisnalar olmayacağını qeyd edib.
Qeyd edək ki, iyulun 6-da ABŞ Maliyyə Naziri Skott Bessent bildirib ki, ikitərəfli danışıqlarda irəliləyiş əldə olunmasa, ABŞ-nin dayandırılmış ticarət tarifləri avqustun 1-dən qüvvəyə minəcək.
Xatırladaq ki, aprelin 2-də Tramp 185 ölkəyə yeni idxal tarifləri sistemi tətbiq edib. Baza dərəcəsi bütün idxal olunan mallar üzrə 10%, bəzi ölkələr üçün isə xeyli yüksək olub – Çin üçün 34%, Vyetnam üçün 46% və Avropa İttifaqı üçün 20%. Buna cavab olaraq Çin də Amerika mallarına 34% rüsum tətbiq edib.

DİGƏR XƏBƏRLƏR

Top