
İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində aparılan axtarış əməliyyatı zamanı Türkiyə ordusunun daha 4 hərbçisinin metan qazından zəhərlənərək şəhid olduğu məlum olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bunula da, şəhid olan hərbçilərin sayı 12-yə çatıb.
Qeyd edək ki, 19 hərbçi bir mağarada metan qazına məruz qalıb. Sözügedən hərbçilər həmin mağaraya 2022-ci ilin may ayında şəhid olan baş leytenant Nuri Melih Bozqurdun qalıqlarını axtarmaq üçün giriblər.
***08:57
Türkiyə ordusunun 8 hərbçisi şəhid olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Pəncə-Kilid” əməliyyatı bölgəsində aparılan axtarış zamanı 19 hərbçi bir mağarada metan qazına məruz qalıb.
Qeyd olunub ki, görülən bütün tibbi müdaxilələrə baxmayaraq onlardan 8-i şəhid olub.
Qeyd olunur ki, sözügedən hərbçilər həmin mağaraya 2022-ci ilin may ayında şəhid olan baş leytenant Nuri Melih Bozqurdun qalıqlarını axtarmaq üçün giriblər.