
Yaponiyanın cənub-qərbində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, təbii fəlakətin episentri eyniadlı adada yerləşən Toşima kəndi yaxınlığında olub.
Zəlzələnin ocağı 20 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami xəbərdarlığı verilməyib.