Qohumlarını xilas etmək istədilər, üçü də göldə batdı – Fotolar


Şəmkir rayonunda 3 azyaşlı süni göldə boğulub.
Yeniavaz.com
xəbər verir ki, ötən gün Şəmkir rayonunun Qədimqala kəndində 3 nəfərin göldə batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.
“Axtarışlar nəticəsində göldə batmış 2016-cı il təvəllüdlü Nadirli Fərdi Teymurxan oğlu, 2018-ci il təvəllüdlü Nadirli Rəvan Teymurxan oğlu və 2021-ci il təvəllüdlü Nadirli İsmayıl Nəriman oğlunun meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, - Nazirliyin məlumatında deyilir.
Uşaqlar Qədimqala kənd qəbiristanlığında dəfn ediliblər.
Hadisə zamanı ölən 2016-cı il təvəllüdlü Fərdi Teymurxan oğlu Nadirli, 2018-ci il təvəllüdlü Rəvan Teymurxan oğlu Nadirli qardaş olublar.
“Qafqazinfo”nun məlumatına görə, onlar 2021-ci il təvəllüdlü əmisi oğlanları İsmayıl Nəriman oğlu Nadirlini xilas etmək istəyərkən hər üçü boğulublar.
 

DİGƏR XƏBƏRLƏR

Top