Mask yeni partiya yaradılması ilə bağlı sorğu keçirir


ABŞ-nin Müstəqillik Günündə İlon Mask ABŞ-də yeni siyasi partiyanın yaradılması zərurəti ilə bağlı sorğu keçirib.
Yeniavaz.com
xəbər verir ki, Mask sorğunu “X” sosial şəbəkə platformasında təşkil edib.
“Müstəqillik Günü ikipartiyalı (bəziləri deyirlər ki, birpartiyalı) sistemdən müstəqillik istəyib-istəmədiyinizi soruşmaq üçün əla vaxtdır! Biz “Amerika” Partiyası yaratmalıyıqmı?” - Mask “X“də yazıb.
Məlumata görə, Maskın verdiyi sual üzrə səsvermə 24 saat davam edəcək.
Artıq sorğunun başlanmasından sonra bir saat ərzində 81 mindən çox istifadəçi orada iştirak edib. Sorğuda iştirak edənlərin 64,8%-i partiyanın yaradılmasını dəstəkləyib.
Qeyd edək ki, Mask bundan əvvəl yeni siyasi partiyanın yaradılmasını tələb edib. Onun sözlərinə görə, müasir amerikalılar birpartiyalı dövlətdə yaşayırlar və insanları həqiqətən maraqlandıran platformaya ehtiyac duyurlar.

DİGƏR XƏBƏRLƏR

Top