“Squid Game” rekorda imza atdı


Cənubi Koreyanın “Squid Game” serialının üçüncü sezonu “Netflix”də yayımlandıqdan sonra ilk həftə ərzində rekord sayda tamaşaçı cəlb edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Netflix” platformasının rəsmi saytı məlumat yayıb.
Məlumata görə, cəmi üç gün ərzində serial 60,1 milyon baxış toplayıb.
“Netflix” həmçinin qeyd edib ki, serial premyerasından bir həftə sonra bütün ölkələrdə baxış sayına görə birinci yeri tutub və tarixdə ən çox baxılan şoular siyahısında birinci yeri tutan ilk şou olub.
Qeyd edək ki, iyunun 27-də “The Squid Game” triller filminin final sezonu nümayiş olunub. 2021-ci ilin sentyabrındakı ilk premyerasından təxminən dörd il sonra “Netflix”in əsas Koreya xiti nəhayət finişə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top