
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb ki, bu gün Bursa vilayətinin Gemlik rayonunda 4,3 bal gücündə zəlzələ qeydə alınıb.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, zəlzələ yerli vaxtla saat 13:57-də (Bakı vaxtı ilə 14:57) baş verib və 12,91 km dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, dünən də eyni bölgədə iki zəlzələ baş vermişdi. Zəlzələlər arasında təxminən 1 saatlıq fasilə olub. İlk zəlzələnin gücü 3,9 bal, ikincisinin gücü isə 4,2 bal olaraq ölçülmüşdü.
Hazırda bölgədə hər hansı xəsarət və ya dağıntı barədə məlumat verilməyib. AFAD və digər müvafiq qurumlar vəziyyəti nəzarətdə saxlayır.
***15:07
Türkiyənin İstanbul vilayətində zəlzələ meydana gəlib.
Yeniavaz.com xəbər verir ki, ölkə mətbuatı zəlzələnin İstanbul sakinləri tərəfindən hiss edildiyini yazıb.
Hazırda Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məsələ ilə bağlı məlumat yayması gözlənilir.