USAID fəaliyyətini dayandırdı – Rəsmi


3 noyabr 1961-ci ildə fəliyyətə başlayan ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) 1 iyul 2025-ci ildən öz missiyasını rəsmən başa vurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibi Marko Rubio məlumat verib.
O, 1 iyul tarixindən etibarən USAID-in xarici yardımı rəsmən dayandırdığını bildirib.
Rubionun sözlərinə görə, bundan sonra xarici yardım proqramları Dövlət Departamenti tərəfindən idarə olunacaq və bu proqramlar yalnız ABŞ administrasiyasının siyasətinə və ABŞ-nin milli maraqlarına uyğun həyata keçiriləcək.
Dövlət katibinin sözlərinə görə, USAID-in onilliklər ərzində xərclədiyi 715 milyard dollardan çox vəsaitin təhlili göstərdi ki, inkişaf məqsədlərinə nadir hallarda nail olunub və bu proqramlar Amerikanın maraqlarına xidmət etməyib.
Qeyd edək ki, ABŞ Prezident Donald Tramp 2025-ci ilin yanvarında Ağ Evə qayıtdıqdan sonra USAID proqramlarını 90 gün müddətinə dayandırıb və onların Amerikanın maraqlarına uyğunluğunun yoxlanılmalı olduğunu bildirib. Fevral ayında isə Tramp agentliyi korrupsiyada ittiham edib və USAID-in bağlanmalı olduğunu qeyd edib. Mart ayında ABŞ dövlət katibi Marko Rubio USAID proqramlarının 83%-nin bağlandığını açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top