“Azərbaycanla Ermənistan arasındakı sülh prosesini dəstəkləyirik” – İran XİN


“Biz Ermənistan və Azərbaycan məsələsi ilə bağlı hər zaman iki ölkə arasında sülh prosesini dəstəkləmişik”.
Yeniavaz.com
“Tasnim” agentliyinə istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında bildirib.
O, həmçinin Cənubi Qafqazda sülh və təhlükəsizliyin İran üçün vacib olduğunu qeyd edib.
“Cənubi Qafqazda sülh və təhlükəsizlik bizim üçün vacibdir. Bizim hər iki ölkə ilə yaxşı münasibətlərimiz var”, - XİN sözçüsü bildirib.

DİGƏR XƏBƏRLƏR

Top