“Rusiya Ermənistanda baş verənlərə qarışmır” – Peskov


“Rusiya Ermənistanda baş verən hadisələrə qarışmır, bunlar bu ölkənin daxili işləridir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov VGTRK-nın jurnalisti Pavel Zarubinə açıqlamasında deyib.
Jurnalist Moskvanın son günlər Ermənistanda baş verən hadisələri necə qiymətləndirdiyini soruşub.
“Bu, Ermənistanın daxili işidir - bu, birincisidir. İkincisi, biz heç bir şəkildə bu daxili işlərə qarışmaq istəmirik”, - Peskov cavab verib.
Prezidentin mətbuat katibi qeyd edib ki, Ermənistan, şübhəsiz ki, Rusiyaya çox yaxın ölkədir:
“Unutmayaq ki, bizim bir neçə milyon ermənimiz var - bunlar Rusiya Federasiyasının vətəndaşlarıdır və təbii ki, bu hadisələrə ağrı ilə baxırlar. Təbii ki, çoxları bunun baş verməsini qəbul etmir”.
Xatırladaq ki, Ermənistanda ilk həbslər iyunun 18-də rusiyalı biznesmen Samvel Karapetyanın saxlanması ilə başlayıb. İrəvan məhkəməsi hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar etdiyinə görə onun iki aylıq həbsinə qərar verib. Daha sonra eyni ittihamla arxiyepiskop Baqrat Qalstanyan, “Müqəddəs mübarizə” tərəfdarları və arxiyepiskop Mikael Ajapaxyan həbs edilib. Bütün hallarda narahat olan Ermənistan vətəndaşları küçələrə çıxaraq həbs olunanları dəstəklədiklərini və Paşinyanın siyasətinə etirazlarını bildiriblər. Respublika polisi son günlər vətəndaşlar arasında çoxsaylı həbslər həyata keçirib.

DİGƏR XƏBƏRLƏR

Top