SBU Krımda üç rus helikopterini məhv edib


Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Krımın müvəqqəti işğal altında olan ərazisində yerləşən Kirovskoye hərbi aerodromuna pilotsuz uçuş aparatları ilə hücum həyata keçirib.
Yeniavaz.com
UNİAN-a istinadən xəbər verir ki, əməliyyat iyunun 27-dən 28-nə keçən gecə baş tutub.
SBU-nun yaydığı məlumata görə, hücum nəticəsində hava hücumundan müdafiə sistemləri, aviabazanın texniki infrastrukturu, döyüş sursatı anbarları və kəşfiyyat-uçuş PUA-ları hədəfə alınıb və məhv edilib.
Əldə edilən ilkin məlumatlara əsasən, hücum nəticəsində Mi-8, Mi-26 və Mi-28 tipli çoxməqsədli və hücum helikopterləri, həmçinin “Pantsir-S1” özüyeriyən zenit-raket kompleksləri sıradan çıxarılıb. Hadisədən sonra aerodrom ərazisində ikinci dərəcəli partlayış baş verib.
SBU bəyan edib ki, bu hücum Ukraynaya hava zərbələri endirmək imkanlarını sistematik şəkildə məhdudlaşdırmaq məqsədi daşıyır.

DİGƏR XƏBƏRLƏR

Top