
“Barselona”nın ispaniyalı vingeri Lamin Yamal gələn mövsümdən etibarən İspaniya klubunda 10 nömrə geyinəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Məlumata görə, 17 yaşlı ispaniyalının yeni nömrə aldığını 10 nömrənin hazırkı sahibi, Kataloniya akademiyasının məzunu cinah oyunçusu Ansu Fati komandadan ayrıldıqdan və “Monako”nun futbolçusu kimi təqdim edildikdən sonra rəsmən elan etmək mümkün olacaq.
Müqavilənin artıq bağlandığı və yalnız klubların rəsmi açıqlamasının qaldığı qeyd edilir.
Qeyd edək ki, 2008/2009 mövsümündən 2020/2021 mövsümünə kimi argentinalı hücumçu Lionel Messi “Barselona”da 10 nömrə altında çıxış edib. Onun gedişindən sonra bu nömrəni Fati daşıyıb.
Xatırladaq ki, hazırda Yamal 19 nömrə altında oynayır.
Ötən mövsüm o, klub səviyyəsində bütün yarışlarda 55 oyun keçirib, 18 qol vurub və 25 məhsuldar ötürmə edib.
Onun klubla müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub.
“Transfermarkt” portalının məlumatına görə, futbolçunun transfer qiyməti 200 milyon avrodur.