Ronaldo “Əl-Nəsr”də qaldı – Rekord məbləğ alacaq


Beş dəfə “Qızıl top”un sahibi, portuqaliyalı hücumçu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanından “Əl-Nəsr” klubu ilə müqaviləsini uzadıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 40 yaşlı portuqaliyalı “Əl-Nəsr”lə 2027-ci ilə qədər yeni müqavilə imzalayıb.
Digər tərəfdən, yeni müqaviləyə əsasən, Ronaldonun ildə 263 milyon avro qazanacağı məlum olub.
Bu barədə jurnalist Tankredi Palmeri “X “sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun fransalı hücumçusu Kərim Benzema və ABŞ-nin “İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel Messinin ildə 200 milyon avro qazandığını nəzərə alsaq, bu məbləğin rekord məbləğ adlandırmaq olar.
Qeyd edək ki, Kriştiano Ronaldo 2023-cü ilin yayından “Əl-Nəsr”də çıxış edir. Ulduz futbolçu bu müddət ərzində komandanın heyətində 105 matça çıxıb, 93 qol vurub və 19 məhsuldar ötürmə edib.
Xatırladaq ki, Ronaldo beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu, ikiqat Millətlər Liqasının qalibi, milli komandalar, Avropa Çempionatları, Çempionlar Liqaları və Klublararası Dünya Çempionatları tarixində ən çox qol vuran futbolçudur.
Ronaldo həmçinin, rəsmi oyunlarda karyerasında 900 qol həddinə çatan ilk futbolçudur.

DİGƏR XƏBƏRLƏR

Top