
Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu Argentina millisinin və ABŞ-nin “İnter Mayami” komandasının 38 yaşlı hücumçusu Lionel Messinin mümkün transferi ilə bağlı danışıqlar aparır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al-Midan Sports” məlumat yayıb.
“Əl-Hilal” klubunun prezidenti ABŞ-yə səfər edərək Messi ilə bağlı danışıqları onun atası və agenti olan Xorxe Messinin iştirakı ilə davam etdirir.
Qeyd edək ki, Lionel Messinin müqaviləsi “İnter Mayami” ilə bu ilin dekabrına qədər etibarlıdır. Onun transfer dəyəri təxminən 18 milyon avro qiymətləndirilir. Hazırkı klubunda o, ildə təxminən 20 milyon avro qazanır.