“NATO-nun hərbi xərcləri 10 ildə 1 trilyon dollar artıb”


“NATO-nun hərbi xərcləri son 10 ildə bir trilyon dollar artıb”.
Yeniavaz.com
xəbər verir ki, bunu  NATO-nun baş katibi Mark Rutte Hollandiya kralının ev sahibliyi etdiyi NATO sammitinin iştirakçıları üçün keçirilən qala-qəbulda çıxışında deyib.
“Sizin sayənizdə NATO-nun hərbi xərcləri son 10 ildə bir trilyon dollar artıb, prezident Tramp. Bizi irəliyə apardığınız üçün təşəkkürlər”, - o qeyd edib.
Alyansın baş katibi həmçinin qeyd edib ki, indi ABŞ Prezidenti Donald Trampın sayəsində həmin xərclər daha da artacaq.
Rutte NATO-nun hərbi xərclərini 2035-ci ilə qədər ÜDM-in 2 faizindən 5 faizinə yüksəltmək planına da toxunub. Onun sözlərinə görə, bunun 3,5%-i birbaşa hərbi maliyyələşdirməyə, 1,5%-i isə köməkçi maliyyələşdirməyə ayrılacaq.
Qeyd edək ki, NATO sammiti 24-25 iyun tarixləri üçün Haaqada keçirilir. Sammitin əsas məqsədi alyansa üzv dövlətləri ümumi büdcə ayırmalarını ÜDM-in 5%-nə çatdırmağa həvəsləndirməkdir.
NATO liderlərinin görüşünün əsas işçi proqramı iyunun 25-nə planlaşdırılıb və üç saat davam edən bir plenar iclasdan ibarət olacaq. Beləliklə, hərbi xərclərin artırılması ilə bağlı bütün müzakirələr zamanı sammitin 32 iştirakçısının hər birinə çıxış üçün təxminən 5,5 dəqiqə vaxt ayrılacaq.

DİGƏR XƏBƏRLƏR

Top