
“Flightradar” internet xidməti İranın hava məkanının açıldığını bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə xidmətin sosial şəbəkə hesabında məlumat paylaşılıb.
“İranın hava məkanı yenidən Tehrana gəliş-gedişlər üçün açıqdır”, - məlumatda deyilib.
İraqın da hava məkanını açdığı qeyd edilir.