İsrailə aviabiletlərə tələbat 92% azalıb – KİV


“Ötən həftə beynəlxalq uçuşlar üçün sifarişlərin ümumi sayı 2% azalıb. Tələbatın ən böyük azalması İsrailə aviabiletlərə qeydə alınıb – 92%”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Kommersant” aviaşirkətlərdən birindəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, bu, Yaxın Şərqdə siyasi münaqişənin kəskinləşməsi ilə əlaqədar turist seçimlərinin dəyişməsi ilə bağlıdır.
Sletat.ru-nun məlumatına görə, iyunun 16-dan 22-dək yay üçün BƏƏ-yə paket turlara tələbat əvvəlki həftə (9-15 iyun) ilə müqayisədə 38% azalıb. Eyni dövrdə Misirə maraq 9,1% azalıb. Eyni zamanda, böyük bir turoperatorun nümayəndəsi nəşrə bu ölkəyə tələbatın daha əhəmiyyətli dərəcədə - bir həftə ərzində 30% azaldığını deyib. 
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirib. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib. Döyüş əməliyyatlarının intensivləşməsi İran, İsrail, İordaniya və qonşu ölkələrdə hava məkanının bağlanmasına, habelə uçuşların böyük ləngiməsinə səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top