
Cenevrədə “Christie's Magnificent Jewels” hərracında 10,38 karatlıq çəhrayı-bənövşəyi rəngli “Marie-Terèse Pink” brilyantı 13,98 milyon dollara satılıb.
Yeniavaz.com xəbər verir ki, hərracın başlanğıc qiyməti 7 milyon dollar olub.
Bildirilib ki, bu çəhrayı brilyant üçün rekord məbləğdir.
Brilyantın qoyulduğu zərgərlik məmulatı, əfsanəvi zərgər JAR-ın (Joel Artur Rosental) üzüyü də ustadın hərracda satılan ən bahalı işi kimi rekorda imza atıb.
Qeyd edək ki, hərracın digər ulduzu 1925-ci ildə çıxarılan 392,52 karatlıq nəhəng Seylon sapfiri “Blue Belle” olub. 2014-cü ildə bu daş 17,5 milyon dollara satılaraq artıq rekord vurub. Bu dəfə o, 11,3 milyon dollara satlıb..