
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, sanksiyalar Tehranın müdafiə sənayesini həssas avadanlıqlarla təchiz etməkdə iddia edilən rola görə səkkiz hüquqi şəxsi, bir gəmini və bir fiziki şəxsi əhatə edir.
“Birləşmiş Ştatlar İranın ballistik raket, pilotsuz uçan aparat və asimmetrik silah proqramlarını dəstəkləyən həssas texnologiyalar, komponentlər və ikili təyinatlı avadanlıqların əldə edilməsi istiqamətində istənilən səylərinin qarşısını almağa sadiqdir”, - deyə ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.