Azərbaycan hansı ölkələrə nə qədər investisiya yatırıb? – Siyahı


Bu ilin ilk rübü ərzində Azərbaycan xarici ölkələrin iqtisadiyyatına 315 milyon dollar birbaşa investisiya yatırıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycanın xarici ölkələrə yönəltdiyi investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% və ya 15,3 milyon dollar azalıb.
Qeyd edək ki, kəskin azalma Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyatına yatırılan investisiya ilə bağlı olub. Belə ki, ötən ilin ilk 3 ayında Azərbaycan BƏƏ iqtisadiyyatına 65,8 milyon dollar investisiya yatırdığı halda, bu ilin ilk 3 ayında bu göstərici 3,8 dəfə azalaraq 17,3 milyon dollara düşüb.
Əvəzində isə Azərbaycanın Türkiyə, Gürcüstan, İspaniya, Rusiya iqtisadiyyatlarına yatırdığı investisiyalar kəskin artıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə Türkiyə iqtisadiyyatına yatırılan investisiyalar 2 dəfədən çox, Gürcüstan iqtisadiyyatına yatırılan investisiyalar isə 5 dəfə artıb. Azərbaycan xarici ölkələrin iqtisadiyyatına yatırdığı birbaşa investisiyaların 29,4%-i Türkiyənin, 9,7%-i isə Gürcüstanın payına düşüb.
Azərbaycanın ən çox investisiya yatırdığı ölkələr aşağıdakı kimi olub:
Türkiyə – 29,4% (92,6 milyon dollar);
Gürcüstan – 9,7% (30,4 milyon dollar);
Birləşmiş Krallıq – 8,8% (27,8 milyon dollar);
İspaniya – 6,6% (20,9 milyon dollar);
Rusiya – 5,9% (18,4 milyon dollar);
Birləşmiş Ərəb Əmirlikləri – 5,5% (17,4 milyon dollar);
Özbəkistan – 5,3% (16,7 milyon dollar);
Amerika Birləşmiş Ştatları – 4,7% (14,7 milyon dollar);
Almaniya – 3,8% (11,9 milyon dollar);
Fransa – 2,9% (9,2 milyon dollar);
İsveçrə – 2,9% (9,2 milyon dollar);
İtaliya – 2,1% (6,7 milyon dollar);
Finlandiya – 1,8% (5,6 milyon dollar);
Çin – 1,7% (5,3 milyon dollar);
Avstraliya – 1,6% (5,1 milyon dollar);
Koreya – 1,6% (5,1 milyon dollar);
Qazaxıstan – 0,9% (2,8 milyon dollar);
Kanada – 0,6% (1,9 milyon dollar);
Sinqapur – 0,6% (1,9 milyon dollar);
Portuqaliya – 0,5% (1,7 milyon dollar);
Honkonq – 0,5% (1,4 milyon dollar);
Braziliya – 0,4% (1,2 milyon dollar);
Polşa – 0,3% (0,9 milyon dollar);
Rumıniya – 0,3% (0,8 milyon dollar);
Litva – 0,2% (0,8 milyon dollar);
Yaponiya – 0,2% (0,7 milyon dollar);
Macarıstan – 0,2% (0,5 milyon dollar);
Avstriya – 0,2% (0,5 milyon dollar);
Vyetnam – 0,1% (0,4 milyon dollar).


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top