İranda İsrail üçün PUA hazırlayan 18 konstruktor saxlanıldı


İranın şərqindəki Məşhəd şəhərində İsrail üçün pilotsuz təyyarə hazırlayan ən azı 18  konstruktor saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.  
Məlumata görə, gizli fəaliyyət göstərən konstruktorlar İsrail üçün casus və döyüş pilotsuz təyyarələri hazırlayıblar.
Qeyd edək ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb. Bir gün keçməmiş İran cavab hücumu həyata keçirib. Sonrakı günlərdə ölkələr yenidən hücumlar həyata keçirdilər. Hər iki tərəf bu hücumlar nəticəsində tələfat və itkilər barədə məlumat verib və bir sıra hədəflərin vurulduğunu etiraf edib. Hazırda qarşılıqlı zərbələr davam edir.

DİGƏR XƏBƏRLƏR

Top